Qəbələ, 5 noyabr, AZƏRTAC Zəfər Günü ərəfəsində Qəbələdə şəhid ailələri evlərində ziyarət edilir. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Zəfər Günü ərəfəsində rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəhid ailələrini evlərində ziyarət edib. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğu, şəhid ailələrinin, qazilərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığı qeyd olunub, ailələrə bayram sovqatı təqdim edilib. Şəhidlərin ailə üzvləri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.