Bu il Azərbaycanda orta pensiyanın 595 manat, gələn il isə bundan 45 manat çox - 640 manat olacağı gözlənilir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən iclasda - "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də orta aylıq pensiyanın orta aylıq əmək haqqının 50 %-dən az olmaması qorunacaq. Bununla da, pensiyalar Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 %-lik minimum norması haqqında müvafiq konvensiyasına cavab verəcək", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, 2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib: "Bu meyar gələn ildə də qüvvədə olacaq".