Rusiya Qara dənizdə yük gəmisini vurdu

Rusiya ordusu Ukraynanın Odessa vilayətindən 52 kilometr aralıda hərbi texnika daşıyan yük gəmisinə zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Odessadan 52 km cənub-qərbdə, Qara dənizdə hərbi texnika daşıyan yük gəmisi vurulub”, - açıqlamada bildirilib.