Melaniya Tramp Putinə şəxsi mesaj göndərdi

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev vasitəsilə Rusiya lideri Vladimir Putinə şəxsi məktub göndərib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Bu hadisə Ağ Evdə Xerson vilayətinin Oleşki şəhərində yaxınlarda əldə edilmiş atəşkəsə həsr olunmuş tədbir zamanı baş verib. Tədbirdə Kiyev nümayəndələri də iştirak ediblər.

“Bu tarixi məqam sona yaxınlaşır. Mən Prezident Putin və Prezident Zelenskiyə şəxsi məktublar yazmışam. Xahiş edirəm, bu məktubları mənim adımdan prezidentlərinizə çatdırın”, – deyə Melaniya Tramp bildirib.

Oktyabrın 31-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Oleşkidə həyata keçirilən humanitar missiyanın yekunlarını şərh edərkən Rusiya və Ukraynanın ombudsmanları Yana Lantratova və Dmitri Lubinetsin dialoq qurmağa nail olduqlarını bildirib. Mətbuat katibi bunu insan hüquqlarının müdafiəsi sahəsində iş üçün mühüm addım adlandırıb. Oktyabrın 30-da Lantratova Oleşkidəki missiyanın başa çatdığını açıqlayıb.