Rusiya hərbi yük daşıyan gəmini vurdu

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa limanında hərbi mal daşıyan yük gəmisinə zərbə endirdiyini açıqlayıb. Nazirlik Rusiya ordusunun Ukraynadakı hədəflərə hücumlarını davam etdirdiyini bildirib.Bəyanatda deyilir: "Pilotsuz uçuş aparatları (PUA) tərəfindən həyata keçirilən hücum nəticəsində Odessa limanında Ukraynaya hərbi mal daşıyan quru yük gəmisinə zərbə endirilib."Jalə