Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan təmir işlərinə başlanılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.
Qurum sürücüləri hərəkət zamanı diqqətli olmağa, yol nişanlarının tələblərinə əməl etməyə və aparılan işlərə anlayışla yanaşmağa çağırıb.