Əmrənin təyinatı ilə bağlı maraqlı detallar üzə çıxdı

“Fənərbaxça”nın yeni baş məşqçisi Əmrə Bəlözoğlunun təyinatının pərdəarxası bəlli olub.

İstanbul klubu İsmail Kartalla yollarını ayırdıqdan sonra portuqaliyalı mütəxəssis Serjiu Konseysa ilə razılığa gəlib. "Haber Global"ın məlumatına görə, tərəflər illik 7 milyon avro qarşılığında ilkin razılaşma əldə etsələr də, məşqçi son anda maaş tələbini 8 milyon avroya qaldırıb. Bundan sonra klub rəhbərliyi onunla danışıqları dayandıraraq Əmrə Bəlözoğluna yönəlib.

Bildirilir ki, Əziz Yıldırım təcrübəli mütəxəssislə şəxsən telefonla danışaraq onu komandaya qayıtmağa razı salıb. Daha sonra “Fənərbaxça” rəhbərliyi Bəlözoğlunun çalışdığı “Kasımpaşa” ilə razılığa gələrək onun təyinatını rəsmiləşdirib.