Azərbaycan 1-ci Liqasının 7-ci turunda bu gün keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” matçı baş tutmayıb.
Qonaq konanda meydana çıxsa da, meydan sahiblərinin futbolçuları matçı boykot ediblər.
Buna səbəb onların uzun müddətdir maaşlarını ala bilməmələridir. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər.
Saat 15:00-da başlamalı olan qarşılaşma keçirilməyib. “Mingəçevir” klubuna texniki məğlubiyyət verilməsi gözlənilir.