Unudulmaz Taleh Həmid

İstedadı şair, jurnalist, publisist, naşir, redaktor, tərcüməçi, dəyərli və unudulmaz tələbə yoldaşımızın vəfatından düz 10 il ötür... Oxu24.com bildirir ki,O yaddaşımızda zəngin, maraqlı ədəbi, publisistik irsi ilə yanaşı, gülərüz siması, qaynar təbiəti, ətrafındakılara həssas münasibəti ilə də silinməz iz buraxıb.Taleh Həmid Vətəni, onun layiqli övladlarını bütün varlığı ilə sevir və dəyərləndiridi. Heç təsadüfi deyil ki, istiqlal şairi Əhməd Cavad şəxsiyyəti və poeziyasının aşiqi idi.Oğlu Cəlal atası haqqında kədərli, sevincli xatirələrini bizimlə bölüşərkən bu məsələyə də toxundu, dedi ki, atam Əhməd Cavad haqqında pyes yazıb, əlyazmasını bir makinaçı xanıma vermişdi. Sonra atam xəstələndi, bir müddət sonra dünyasını dəyişdi. İndi makinaçını da, əlyazmanı da tapa bilmirik ki, əsəri çap edək. O pyesi üzə çıxara bilsək, atamın ruhu şad olar!Allah arzunuza çatdırsın, Cəlal.Allah Taleh Həmidə rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun!Hazırladı:Abid Tahirli