Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Şanlı tariximizin qızıl səhifəsi olan 8 Noyabr - Zəfər Günü münasibətilə Sizi sonsuz qürur və iftixar hissi ilə təbrik edirəm.
Sizin müdrik daxili və xarici siyasətiniz, sərkərdəlik məharətiniz sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Otuz illik işğala son qoyan bu tarixi Qələbə təkcə torpaqlarımızın azadlığının deyil, həm də xalqımızın milli mənliyinin və qürurunun bütün dünyada təntənəsidir. Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda Sizin birbaşa nəzarətinizlə aparılan möhtəşəm quruculuq prosesi hər bir vətəndaş kimi mənim də dövlətimizə olan bağlılığımı və gələcəyə olan inamımı artırır.
Sizin milli maraqlara söykənən məqsədyönlü siyasətinizi hər zaman sadiqliklə dəstəkləyir, bu tarixi missiyanızda hər an əmrinizə müntəzir olduğumu bildirməkdən şərəf duyuram. Bizə bu böyük Zəfəri bəxş edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə Uca Tanrıdan şəfa diləyirəm.
Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, yeni zəfərlər, cansağlığı və tükənməz enerji arzulayıram.
Dərin hörmət və ehtiramla,
Elvin Əfəndiyev,
Azərbaycan Respublikası, Ağsu rayonu.