Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər – VİDEO

Sosial şəbəkələrdə tələbə qızların fotolarının icazəsiz paylaşıldığı, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb edildiyi iddia olunur.

Baku TV-yə istinadən, bəzi şəxslər qızların sosial şəbəkə profillərindən götürdükləri fotolara təhqiramiz və qeyri-etik ifadələr əlavə edərək müxtəlif hesablarda yayırlar. Daha sonra isə paylaşımları silmək üçün foto sahiblərindən pul istəyirlər.

Məlumata görə, bu cür paylaşımlara “TikTok” və “Instagram” platformalarında rast gəlinir. Hesablarda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali məktəblərin tələbələri olduğu iddia edilən qızların fotoları paylaşılır.

Yayılan məlumatlar tələbələrin şəxsi görüntülərindən sui-istifadə və onlardan pul tələb edilməsi ilə bağlı narahatlıq yaradıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, faktla bağlı araşdırmalar aparılır.