ABŞ-ın Florida ştatının Okala şəhərində 69 yaşlı kişi dondurmaya görə yaranan mübahisə zamanı iki qonşusunu güllələyərək öldürüb.
Bu barədə “People” nəşri məlumat yayıb.
Bildirilib ki, Mark Linn Robinson adlı şəxs qonşularından birinin ona məxsus dondurmanı yeməsinə görə mübahisə edib. İlk dəfə hadisə yerinə gələn polis münaqişəyə müdaxilə etmədən ərazini tərk edib.
Təxminən bir saat sonra tərəflər arasında yenidən mübahisə başlayıb. Robinsonun sözlərinə görə, qonşuları ona bıçaqla hücum ediblər. O, ov tüfəngi ilə hər ikisinə atəş açaraq onları öldürüb.
Hadisədən sonra Robinson polisə təslim olub.