Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi tariximizin ən şərəfli səhifələrindən biri olan Zəfər Günü münasibətilə səmimiyyətlə təbrik edirik.
Bu tarixi Qələbəni əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən siyasətiniz, qətiyyətiniz, iradəniz, nəyi nə zaman etmək bacarığına malik olmağınız sayəsində qazandıq.
Qısa zaman kəsiyində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Şəki rayon ağsaqqallarının, ziyalılarının, bütövlükdə rayon ictimaiyyətinin təbriklərini və ən xoş arzularını Sizə çatdırmağı özümə borc bilirəm.
Zəfər Bayramınız mübarək olsun!
Hörmətlə,
Marif Abdurahmanov,
Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.