Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bu gün vəzifəsindən ayrılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, Pərviz Abubəkirovun tutduğu vəzifədən uzaqlaşdırılması artıq rəsmiləşib.
Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ildə təyin olunmuşdu.
Xatırladaq ki, P.Abubəkirov daha əvvəl ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.