Prezidentdən Kamran İmanovla bağlı SƏRƏNCAM

Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama görə, o, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, K.İmanov 1946-cı il noyabrın 5-də Bakıda anadan olub. O, hazırda

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir. Sabah K.İmanovun 80 illik yubleyidir.