“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşdü

Türkiyənin “Qalatasaray” klubunun yarımmüdafiəçisi Aleksey Batrakov UEFA Çempionlar Liqasında tarixə düşüb.

“Opta” statistika agentliyinə istinadən, 21 yaşlı Aleksey Batrakov Almaniyanın “Ştutqart” komandası ilə görüşün 12-ci və 15-ci dəqiqələrində dubl edərək UEFA Çempionlar Liqasının tarixində ilk 15 dəqiqədə iki qol vuran ən gənc ikinci futbolçu olub.

Bu göstəricidə ondan öndə yalnız 2019-cu ildə “Real Madrid”in heyətində 18 yaşında dubl edən Rodriqo qərarlaşıb.

Bundan başqa, Batrakov turnirin tarixində Rusiya futbolçuları və “Qalatasaray”ın oyunçuları arasında ən erkən dubl müəllifi kimi qeydə alınıb.

Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmada İstanbul təmsilçisi doğma meydanda “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edib.