Şimali Londonda kütləvi etirazlar keçirilib

Şimali Londonda şagird sayının azalması səbəbilə üç məktəbin bağlanmasını nəzərdə tutan planlar valideynlər, müəllimlər və şagirdlərin kəskin etirazına səbəb olub.

Kampaniya iştirakçıları icmal və yoxlama komitəsinin iclası ərəfəsində Enfild Vətəndaş Mərkəzinin qarşısına toplaşaraq qərara qarşı etirazlarını bildiriblər.

Belə ki, təklif olunan qərar "Bishop Stopford", "Starks Field" və "Suffolks" ibtidai məktəblərinin fəaliyyətini dayandırmasını nəzərdə tutur.

Qeyd edək ki, məktəblərin bağlanması planı Enfild Şurasının Mühafizəkarlar administrasiyası tərəfindən irəli sürülsə də, Leyborist məclis üzvlərinin müdaxiləsi ilə layihə yenidən baxılması üçün saxlanılıb.