Biləcəri qəsəbəsində yol boyu ucalan şam ağaclarının məhv olması sakinləri narahat edir. Onlar ağacların quruduğunu və ya kimlərsə tərəfindən bilərəkdən qurudulduğunu iddia edirlər.
Çünki onlar əraziyə yaxın sahələrdə yox, məhz həmin ərazidəki şamların məhv olduğunu bildiriblər.
Sakinləri narahat edən digər məsələ isə ərazinin baxımsız olmasıdır. Onlar təhlükə mənbəyinə çevrilən quru ağacların ərazidən təmizlənməsi üçün dəfələrlə aidiyyətı qurumlara müraciət etsələr də onların səsinə səs verən tapılmayıb.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Günay Şahmar, Tural Xəlil, Ələkbər Babayev, Bizim.Media