Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən dörd Əfqənıstan vətəndaşı saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində həmin şəxslər İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.