Amerikalı milyarder və “SpaceX” şirkətinin qurucusu İlon Mask ABŞ-ın ara seçkilərində Demokratların gözlənilən qələbəsi ilə bağlı zarafat edib.
O, bununla bağlı sosial media platforması “X”-də paylaşım edib.
"Görünür, seçki müdaxiləsi üçün istifadə etdiyim kosmik lazerlər bu dəfə işləmədi", - deyə Mask ironiya ilə bildirib.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Konqres seçkiləri ilə bağlı şərh verərək nəticələri qəbul etməyə və Demokratlar Partiyası ilə əməkdaşlığa hazır olduğunu bildirmişdi.
3 noyabr seçkilərindən sonra medianın proqnozları Demokratların Nümayəndələr Palatasının nəzarətini Respublikaçılardan alacağını göstərir. “Bloomberg” Demokratların ABŞ Senatında da çoxluq qazanacağını proqnozlaşdırıb.