Nərimanovda baş verən yanğında bir nəfər xəsarət alıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən yanğın səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın) yerində yardım olunub.
Fəridə, Bizim.Media