Orta aylıq əməkhaqqı 1550 manat olacaq

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3,5 faiz, 2028-2030-cu illərdə isə ortaillik 3,7 faiz proqnozlaşdırılır.

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Orta aylıq əməkhaqqının 2027-ci ildə 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə 1 466,9 manat, 2030-cu ildə isə 1 551,5 manat olacağı gözlənilir.

Qeyd edək ki, 2026-ci il üçün orta aylıq əməkhaqqı 1185,5 manata bərabərdir.

Murad, Bizim.Media