2027-ci ildə təhsil xərclərinə 5 milyard 99 milyon manat məbləğində vəsait proqnozlaşdırılır.
Bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb
Bu rəqəm 2026-cı illə müqayisədə 82,6 milyon manat və ya 1,6 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 479,5 milyon manat və ya 10,4 faiz çoxdur.
Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,6 faiz, dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12,0 faiz təşkil edəcəkdir.
2023-cü illə müqayisədə 2027-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,7 faiz bəndi, mütləq ifadədə isə 974,2 milyon manat və ya 23,6 faiz artıb.
Bu xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2185,4 milyon manatı və ya 42,9 faizi ümumi təhsil xərclərinə, 853,5 milyon manatı və ya 16,7 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 434,8 milyon manatı və ya 8,5 faizi məktəbəqədər təhsil xərclərinə, 102,1 milyon manatı və ya 2 faizi orta ixtisas təhsili xərclərinə, 115,4 milyon manatı və ya 2,3 faizi peşə təhsili xərclərinə, 96,9 milyon manatı və ya 1,9 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 25,6 milyon manatı və ya 0,5 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1285,3 milyon manatı və ya 25,2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub.