Gələn il turizmin inkişafına dövlət büdcəsindən nə qədər vəsait ayrılacaq?

Gələn il dövlət büdcəsindən Dövlət Turizm Agentliyinə 42,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.

Sənədə əsasən, xarici populyar televiziya şirkətləri vasitəsilə respublikamızın turizm imkanlarının təbliğinə bu vəsaitin 3,5 milyon manatının sərfi nəzərdə tutulub.

Turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrası ilə bağlı xərclərə 25,1, sahə ilə bağlı digər xərclərə isə 13,5 milyon manatın xərclənməsi proqnozlaşdırılır.

Günay Şahmar, Bizim.Media