"Fənərbağça"da Emre Belözoğlunun baş məşqçi təyinatından sonra klubun futbol strukturunda dəyişikliklər gözlənilir.
Türkiyə mətbuatına istinadən, klubun keçmiş qapıçısı və kapitanı Volkan Demirelin İstanbul təmsilçisinə qayıtması planlaşdırılır.
Məlumata görə, prezident Aziz Yıldırımın təşəbbüsü ilə 45 yaşlı mütəxəssis futbol strukturunda mühüm vəzifəyə gətirilə bilər. Bildirilir ki, futbol direktoru Oğuz Çetinlə yolların ayrılması və onun yerinə Volkan Demirelin təyin olunması nəzərdə tutulur.
Qeyd edək ki, Volkan Demirel 2002-2019-cu illərdə "Fənərbağça"nın formasını geyinib. O, son olaraq "Gənclərbirliyi"nin baş məşqçisi vəzifəsini yerinə yetirib.