Gələn il müdafiə xərclərinə nə qədər vəsait ayrılacaq?

2027-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 816 milyon 400 min manat vəsait yönəldiləcək ki, bu da 2026-cı illə müqayisədə 98 milyon 800 min manat və ya 1.1 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 748 milyon 400 min manat və ya 9.3 faiz çoxdur.