Qəza oldu, 10-a yaxın kənd işıqsız qaldı

Göyçay rayonunda baş verən yol qəzası elektrik enerjisinin verilişində fasiləyə səbəb olub.

Hadisə Çayarxı kəndində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, elektrik dirəyinin zədələnməsi səbəbindən 10-a yaxın kəndin elektrik enerjisi təchizatı dayanıb.

Sakinlərin sözlərinə görə, bir müddət sonra elektrik enerjisinin verilişi bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.