"Muhteşem yüz yıl” serialında "Hürrəm Sultan" obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli ölkəmizə gəlib.
Aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən “İmroz'da Bahar” filminin qala gecəsidir.
Aktrisa Bakıya ilk dəfə gəldiyini bildirib və səfərdən məmnuniyyətini ifadə edib.