Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışarkən deyib.
“Düşünürəm ki, hər iki tərəf artıq “Gəlin, razılaşma əldə edək” deyə biləcək mərhələdədir”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçiriləcək.
Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.