İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq

2027–2030-cu illər üzrə proqnozlara əsasən, inflyasiyanın Azərbaycanın qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinə və icmal büdcə balansına təsiri məhdud qiymətləndirilir. Bununla belə, ən pessimist ssenaridə 2030-cu ildə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 12%-lik aralıq hədəfi 0,5 faiz bəndi aşacağı gözlənilir.

2027-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunur ki, inflyasiya üçün əsas xarici risklər qlobal qeyri-müəyyənlik, ticarət tərəfdaşlarında qiymət dəyişiklikləri və əmtəə bazarlarındakı dalğalanmalardır. Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi də əmtəə qiymətlərində əlavə dəyişkənlik yarada bilər.

İnflyasiya risklərinin büdcə göstəricilərinə təsiri məhdud olacaq

2027–2030-cu illər üzrə proqnozlara əsasən, inflyasiyanın Azərbaycanın qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinə və icmal büdcə balansına təsiri məhdud qiymətləndirilir. Bununla belə, ən pessimist ssenaridə 2030-cu ildə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 12%-lik aralıq hədəfi 0,5 faiz bəndi aşacağı gözlənilir.

2027-ci ilin dövlət büdcəsi layihəsində qeyd olunur ki, inflyasiya üçün əsas xarici risklər qlobal qeyri-müəyyənlik, ticarət tərəfdaşlarında qiymət dəyişiklikləri və əmtəə bazarlarındakı dalğalanmalardır. Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsi də əmtəə qiymətlərində əlavə dəyişkənlik yarada bilər. Eyni zamanda, nominal effektiv məzənnənin zəifləməsi idxal inflyasiyasının daxili qiymətlərə təsirini sürətləndirə bilər.

Daxili amillər üzrə isə mövcud fiskal və monetar siyasət şəraitində məcmu tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı ehtimalı aşağı qiymətləndirilir.

İnflyasiya risklərinin büdcəyə təsiri baza proqnozundan müsbət və mənfi istiqamətdə 0,5, 1 və 1,5 faiz bəndi kənarlaşma ssenariləri əsasında hesablanıb. Qiymətləndirmə zamanı qiymət dəyişikliklərinin nominal ÜDM-ə, büdcə gəlirlərinə və fiskal göstəricilərin ÜDM-ə nisbətinə təsiri nəzərə alınıb.

2026-cı ilin büdcə planlaşdırılmasında da inflyasiya risklərinin fiskal göstəricilərə təsiri qiymətləndirilib. Lakin 2027-ci il layihəsindən fərqli olaraq, əvvəlki sənəddə ssenarilər baza proqnozundan 0,4, 0,8, 1,1 və 1,5 faiz bəndi kənarlaşma əsasında qurulmuşdu. 2027-ci il sənədində isə 0,5, 1 və 1,5 faiz bəndi intervalları tətbiq edilir.