Dövlət ipotekası ilə mənzil almaq istəyənlərin nəzərinə – Vəsait artırılır

Gələn il Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ayrılacaq vəsaitinin məbləği məlum olub.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.

Sənədə əsasən, sözügedən fondun nizamnamə kapitalının artırılması üçün gələn ilin dövlət büdcəsindən 89 milyon manat vəsait ayrılacaq ki, bu da ötən illə müqayisədə 4,7 % çoxdur.

Günay Şahmar, Bizim.Media