Məktəbli Səməd Vurğunun qohumunu bıçaqladı

Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.

Oxu.az-a istinadla, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini - 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.

Faktla bağlı araşdırma aparılır.