3 noyabrda keçirilən ticarət sessiyasında Şimal dənizi “Brent” markalı xam neftinin birja qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib.
Bu haqda “Investing” məlumat yayıb.
Bakı vaxtı ilə saat 20:40-a olan məlumata görə, sözügedən xammalın bir barelinin qiyməti 1,26 faiz və ya 1,34 dollar azalaraq 103,4 dollara düşüb. Qiymət ən aşağı nöqtədə 100,82 dollara qədər geriləyib. Beləliklə, “Brent” neftinin qiyməti 7 oktyabrdan bəri ən aşağı səviyyəyə çatıb.