Qazaxda yeyib içən dostlardan biri digərini bıçaqlayıb.
Hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
1993-cü il təvəllüdlü Xanlar Vəkilov müxtəlif xəsarətlərlə Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, adıçəkilən şəxsi həmkəndlisi olan 15 yaşlı yeniyetmə A. Gülməmmədov bıçaqlamaqda şübhəli bilinir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hər iki şəxs spirtli içkinin təsiri altında olub.
Hadisəni törətməkdə şübhəli bilinən A. Gülməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.