Millimizin rəqibləri bilindi

Qadınlardan ibarət millimizin Millətlər Liqasının 2027/28 mövsümündəki rəqibləri bəlli olub.

Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma C Liqasının 2-ci qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Latviya, Gürcüstan və Lixtenşteyn olacaq.

Qrup mərhələsində komandalar bir-biri ilə evdə və səfərdə qarşılaşacaqlar.

Liqa mərhələsinin oyunları 2027-ci ilin fevral-iyun aylarında keçiriləcək.