Yol polisi əməkdaşlarının nəqliyyat vasitələrini saxlayaraq avtomobilə baxış keçirməsi sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda sürücülər avtomobilin salonuna, baqajına və digər hissələrinə baxış keçirilməsinin hansı hüquqi əsaslarla mümkün olduğunu, polis əməkdaşlarının bu zaman hansı prosedurlara əməl etməli olduqlarını bilmirlər. Halbuki nəqliyyat vasitəsinə baxışın keçirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilməli, bu proses zamanı həm polis əməkdaşlarının, həm də sürücülərin hüquq və vəzifələri nəzərə alınmalıdır.Bəs yol polisi istənilən avtomobili saxlayaraq səbəb göstərmədən baxış keçirə bilərmi? Baxış zamanı videoçəkiliş aparılması məcburidirmi? Sürücü avtomobilinə baxış keçirilməsinə etiraz etdikdə hansı hüquqlara malikdir və bu proses necə rəsmiləşdirilməlidir?Mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında ekspert Hüseyn Məmmədzadə bildirib ki, nəqliyyat vasitəsinə baxışın keçirilməsi qaydaları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 93-cü maddəsində öz əksini tapıb. Onun sözlərinə görə, qanunvericilikdə bu prosedurun mahiyyəti, hansı qaydada aparılması və rəsmiləşdirilməsi ilə bağlı konkret tələblər müəyyən edilib.Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsinə baxış dedikdə avtomobilin konstruktiv bütövlüyü pozulmadan həyata keçirilən müayinə nəzərdə tutulur. Yəni baxış zamanı avtomobilin konstruksiyasına müdaxilə edilməməli, onun hissələri sökülməməli və texniki quruluşuna zərər vurulmamalıdır. Bu prosedur nəqliyyat vasitəsinin müəyyən xüsusiyyətlərinin və ya daxilində olan əşyaların yoxlanılması məqsədi daşıyan prosessual hərəkətdir.Hüseyn Məmmədzadə diqqətə çatdırıb ki, avtomobilə baxışın keçirilməsi sadəcə polis əməkdaşının istəyi ilə və heç bir rəsmiləşdirmə aparılmadan həyata keçirilə bilməz. Belə bir prosedur tətbiq olunarkən qanunvericiliyin tələblərinə əməl edilməli, baxışın hansı səbəbdən aparıldığı aydın göstərilməlidir. Əks halda, sürücülərin hüquqlarının pozulması və polis əməkdaşlarının səlahiyyət həddini aşması ilə bağlı mübahisələr yarana bilər.Ekspert bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 93-cü maddəsində nəqliyyat vasitəsinə baxış zamanı fasiləsiz videoçəkiliş aparılması tələbi də nəzərdə tutulur. Onun sözlərinə görə, bu, prosesin şəffaflığını təmin etmək, baxışın gedişini sonradan araşdırmaq və mümkün mübahisələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır. Videoçəkiliş baxışın başlanmasından başa çatmasına qədər fasiləsiz aparılmalı, prosesin gedişini əks etdirməlidir.Hüseyn Məmmədzadənin sözlərinə görə, sürücü də baş verənləri öz telefonu və ya digər vasitə ilə qeydə ala bilər. Lakin vətəndaşın videoçəkiliş aparması qanunla nəzərdə tutulan rəsmi prosessual tələbləri aradan qaldırmır. Yəni polis əməkdaşları baxış keçirərkən qanunvericiliyin tələb etdiyi videoqeydiyyatı təmin etməlidirlər. Sürücünün çəkiliş aparması isə hadisənin sonradan araşdırılması üçün əlavə sübut əhəmiyyəti daşıya bilər.Ekspert qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan qaydalara əsasən, baxış, bir qayda olaraq, nəqliyyat vasitəsinin sahibi və ya onu idarə edən şəxsin iştirakı ilə keçirilməlidir. Bununla yanaşı, təxirəsalınmaz hallarda sürücünün iştirakı olmadan baxışın aparılması ilə bağlı istisnalar da mövcuddur. Belə hallarda da qanunla müəyyən edilmiş prosessual tələblərə, o cümlədən fasiləsiz videoçəkiliş qaydasına əməl olunmalıdır.Hüseyn Məmmədzadə vurğulayıb ki, nəqliyyat vasitəsinə baxış zamanı müvafiq protokolun tərtib edilməsi də vacib məsələlərdəndir. Onun sözlərinə görə, sürücüyə avtomobilə baxış keçiriləcəyi bildirildikdə bu proses qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməlidir. Söhbət inzibati cərimə protokolundan deyil, məhz nəqliyyat vasitəsinə baxışın aparılmasını təsdiq edən prosessual sənəddən gedir.Ekspert bildirib ki, baxış protokolunda müvafiq məlumatlar, o cümlədən baxışın keçirildiyi vaxt və yer, prosesdə iştirak edən şəxslər, polis əməkdaşının məlumatları, protokolun nömrəsi və baxışın aparılması üçün əsaslar göstərilməlidir. Xüsusilə baxışın hansı səbəbdən keçirildiyinin qeyd edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki polis əməkdaşı avtomobilə baxış keçirmək qərarını hansı faktlara və şübhələrə əsasən verdiyini rəsmiləşdirməlidir.Məsələn, müəyyən bir avtomobilin oğurluq hadisəsi, başqa cinayət və ya hüquqazidd əməl ilə əlaqəli ola biləcəyinə dair məlumat daxil ola bilər. Bu zaman avtomobilin markası, rəngi, dövlət qeydiyyat nişanı və digər əlamətləri göstərilməklə onun saxlanılması və yoxlanılması üçün müvafiq əsaslar yarana bilər. Belə hallarda baxışın məqsədi konkret şübhənin yoxlanılması və mümkün hüquqazidd əməlin izlərinin aşkar edilməsidir.Hüseyn Məmmədzadənin fikrincə, baxış üçün əsasın protokolda göstərilməsi sürücünün hüquqlarının qorunması baxımından vacib təminatlardan biridir. Çünki hər hansı əsas olmadan istənilən avtomobilin saxlanılması və yoxlanılması ilə bağlı yanaşma hüquqi müəyyənlik prinsipinə uyğun deyil. Sürücü də bilməlidir ki, onun nəqliyyat vasitəsinə hansı səbəbdən baxış keçirilir və bu prosessual hərəkət hansı məlumatlara əsaslanır.Ekspert əlavə edib ki, baxış başa çatdıqdan sonra protokolun bir nüsxəsi nəqliyyat vasitəsinin sahibinə və ya müvafiq qaydada prosesdə iştirak edən şəxsə təqdim edilməlidir. Bu sənəd sürücünün əlində baxışın hansı şəraitdə və hansı əsaslarla aparıldığını təsdiq edən rəsmi material kimi qalır. Sonradan baxış zamanı qanun pozuntusuna yol verildiyini düşünən şəxs həmin sənəddən şikayət və ya digər hüquqi müraciət zamanı istifadə edə bilər.O bildirib ki, sürücülər avtomobillərinə baxış keçirilərkən prosesin qanuniliyinə diqqət yetirməli, baxışın səbəbini öyrənməli və protokolla tanış olmalıdırlar. Sənəddə göstərilən məlumatlarla razılaşmadıqları halda öz qeydlərini bildirmək və iradlarının protokolda əks olunmasını tələb etmək hüquqlarından istifadə edə bilərlər. Həmçinin qanunla qadağan edilməyən hallarda baş verənləri videoqeydə almaq da sonradan hüquqların müdafiəsi baxımından əhəmiyyətli ola bilər.Beləliklə, nəqliyyat vasitəsinə baxış adi yoxlama ilə qarışdırılmamalı, qanunvericilikdə müəyyən edilmiş prosessual qaydalara uyğun aparılmalıdır. Baxışın hüquqi əsası olmalı, müvafiq protokol tərtib edilməli, fasiləsiz videoçəkiliş təmin olunmalı və sənədin bir nüsxəsi sürücüyə verilməlidir. Sürücülərin bu hüquqi tələbləri bilməsi həm öz hüquqlarını qorumağa, həm də yol polisi ilə münasibətlərdə yarana biləcək anlaşılmazlıqların qarşısını almağa kömək edə bilər.Turan Etibaroğlu
Bu gün
3954 xəbər bu gün
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarestdəki "Club Diplomatic" sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib.
Avropada satışa çıxarılan minlərlə qəsr və orta əsr qalasının təqdim olunduğu ixtisaslaşmış internet saytı fəaliyyətə başlayıb. Bu barədə “The Olive Press” nəşri məlumat yayıb. Bildirilib ki, castlecollector.com saytının…
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib. "Unikal"a istinadən, rayon icra hakimiyyətinin başçısı Hacıbaba Babayevin əmri ilə Natiq Nağıyev birinci müavin vəzifəsindən azad…
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Baş Prokurorluqla birgə Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq şübhə bildirişi təqdim edib. O, hərbi vəziyyət dövründə dövlətə xəyanətdə, həmçinin…
Qrenlandiya parlamenti – İnatsisartut Qrenlandiya, ABŞ və Danimarka arasında Arktikada təhlükəsizliklə bağlı yeni sazişi dəstəkləyib.Bu barədə "KNR" telekanalı məlumat yayıb. Sazişin noyabrın 19-da Danimarka…
"Bakı Metropoliteni" QSC-nin nizamnamə kapitalının 809 milyon 687,6 min manat və yaxud 31,4 % artırılaraq 2 milyard 580 milyon 638,4 min manatdan 3 milyard 390 milyon 326 min manata çatdırılması…
Noyabrın 4-də 154/110/35 kV-luq Arpaçay yarımstansiyasında "AzərEnerji" ASC-nin Naxçıvan Enerji MMC-si tərəfindən təmir-bərpa işləri aparılacaq."Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən…
ABŞ milyarderi Todd Boulinin rəhbərlik etdiyi konsorsium "Lukoyl"un beynəlxalq aktivlərini əldə etməyə hazırlaşır. Bu barədə "Reuters" danışıqların gedişatı barədə məlumatlı olan mənbələrə istinadən məlumat yayıb. Qeyd…
Azərbaycanın qadınlardan ibarət milli komandasının UEFA Millətlər Liqasının 2027/2028 mövsümündəki rəqibləri bəlli olub. Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma C Liqasının 2-ci qrupunda mübarizə aparacaq. Komandanın…
Bakı, 3 noyabr, AZƏRTAC XIX əsrin ilk üçdəbirində Azərbaycanda istehsal olunan çaxmaqlı tüfənglər uzaq məsafədən atəş açmaq və yüksək dəqiqliklə hədəfi vurmaq xüsusiyyətləri ilə seçilirdi. Tarixi sənədlərə əsasən, bəzi…
Vaşinqton, 3 noyabr, AZƏRTAC Bu gün ABŞ-də aralıq seçkiləri keçirilir. Seçkilər Prezident Donald Trampın ikinci prezidentlik müddətinin qalan iki ilində Konqresdə qüvvələr balansının müəyyənləşməsi baxımından mühüm…
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili…
NATO-nun istifadəsində olan Amerika kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində rekord müddət – doqquz saat uçuş həyata keçirib. Bu haqda TASS agentliyi hava hərəkətinə nəzarət…
Müğənni İradə İbrahimova meyxanaçı Namiq Qaraçuxurlunun təklifinə etiraz etməsinin səbəbini açıqlayıb.
Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib.
ABŞ Tehranın yeddi şərtini tam yerinə yetirməyincə, İran Hörmüz boğazını açmayacaq.
Ukraynada yaşayan soydaşımız yeni vəzifəyə təyin edilib.
Natiq Cəfərli
Gülsüm Əliyeva
Первая леди США Мелания Трамп соберет в Белом доме представителей Украины и России для обсуждения режима прекращения огня в Олешках, сообщает РБК-Украина со ссылкой на...
Президент Польши Кароль Навроцкий обвинил правительство Дональда Туска в создании «серьезного конституционного кризиса» из-за действий вокруг Конституционного суда. «Действия правительства во главе с премьер-министром…
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək…
"44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik kommunikasiyası, döyüşlərin gedişini izləməsi və azad edilmiş ərazilərə səfərləri informasiya müharibəsində uğurun mühüm amillərindən…
Gəncədə kişi yaşlı xalasını öldürməkdə şübhəli bilinir. Hadisə şəhər ərazisində qeydə alınıb. Məlumata görə, 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda ölməsi müəyyən edilib. Aparılan istintaq tədbirləri…
Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, fasilə magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan…
На сайте англоязычной газеты Azernews опубликован материал, посвященный развитию возобновляемой энергетики в Азербайджане и переходу страны от традиционной нефтегазовой модели к "зеленой" энергетике. Day.Az представляет…
Министерство юстиции США впервые будет отслеживать проведение выборов во всех 50 штатах страны. Об этом сообщила пресс-служба ведомства, передает Day.Az со ссылкой на Trend. "Сегодня Минюст проводит крупнейшее за всю…
Noyabrın 4-də 154/110/35 kV-luq Arpaçay yarımstansiyasında "AzərEnerji" ASC-nin Naxçıvan Enerji MMC-si tərəfindən təmir-bərpa işləri aparılacaq.Metbuat.az xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji…
ABŞ-nin birinci xanımı Melaniya Trampla görüşdə Ukraynanı Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və ombudsman Dmitri Lubinets, Rusiyanı isə ombudsman Yana Lantratova və Kirill Dmitriyev…
Kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi Bakıda Portuqaliyanın “Sportinq” klubu…
Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi…
Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi…
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında ölkənin turizm göstəricilərini açıqlayıb. Nazir bildirib ki, bu ilin ilk doqquz ayında Türkiyənin turizm gəlirləri ötən…
Məşhur müğənni Sinan Akçıl şəxsi həyatı ilə gündəmə gəlib.
“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx Çempionlar Liqasının Liqa mərhələsində “Fənərbağça” ilə oyunu buraxacaq. Klubun məlumatına görə, 24 yaşlı niderlandlı futbolçu dabanından zədələndiyi üçün İstanbul səfərinə…
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada yalnız bir nəfərin – Vladimir Putinin həyatının əhəmiyyət daşıdığını iddia edib. Zelenski bu barədə Berlində keçirilən Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb…
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək…
Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində noyabrın 4-də qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən…
Bank kreditləri üzrə yaranan borcların vaxtında ödənilməməsi vətəndaşlarla maliyyə təşkilatları arasında müxtəlif problemlərə səbəb olur. Xüsusilə ödənişdə çətinlik çəkən şəxslərin bank əməkdaşları tərəfindən tez-tez…