Yeni icra başçısı birinci müavinini işdən azad etdi - Foto

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.

"Unikal"a istinadən, rayon icra hakimiyyətinin başçısı Hacıbaba Babayevin əmri ilə Natiq Nağıyev birinci müavin vəzifəsindən azad olunub.

Qeyd edək ki, Natiq Nağıyev səkkiz il ərzində bu vəzifədə çalışıb.