Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib

Qrenlandiya parlamenti – İnatsisartut Qrenlandiya, ABŞ və Danimarka arasında Arktikada təhlükəsizliklə bağlı yeni sazişi dəstəkləyib.Bu barədə "KNR" telekanalı məlumat yayıb.

Sazişin noyabrın 19-da Danimarka parlamentinin – Folketingin təsdiqinə təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ, Qrenlandiya və Danimarka arasında saziş sentyabrın 22-də Nyu-Yorkda imzalanıb.

1951-ci il müqaviləsinin yenilənmiş versiyası olan sənəddə ABŞ-nin Qrenlandiyada hərbi bazalar yerləşdirməyi planlaşdırdığı iki ərazi – Narsarsuaq və Mesterviq müəyyən edilib.