Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı

Kriştiano Ronaldonun oğlu ilk dəfə Portuqaliya U17 millisinə çağırılıb.

Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Noyabr ayında Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət komandası Avropa Çempionatının üç seçmə mərhələsi oyununda iştirak edəcək. Onlar noyabrın 11-də Andorra, noyabrın 14-də Bolqarıstan və noyabrın 17-də Serbiya ilə qarşılaşacaqlar. Bu, kiçik Ronaldonun gənclərdən ibarət milli komandaya ilk çağırışıdır.

16 yaşlı Kriştiano Ronaldo "Əl-Nəsr" klubunda məşq edir. Portuqaliya Futbol Federasiyası hələlik rəsmi olaraq bu məlumatı açıqlamayıb.