İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatı ilə əlaqədar ölkə kubokunun bu günə planlaşdırılan oyunlarını təxirə salıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Təşkilatın bəyanatında yaxın günlərdə yarışların yeni cədvəlinin və təxirə salınmış matçların keçiriləcəyi vaxtın açıqlanacağı bildirilib.
30 yaşlı hücumçu Sequndada "Tenerife" və "Andorra" komandaları arasında baş tutan matçda rəqib qapıçı Xesus Ovono ilə toqquşmadan sonra ciddi xəsarət alıb. Futbolçu xəstəxanaya yerləşdirilsə də həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, bu gün İspaniya Kubokunda "Anaitasuna" - "Alaves" və "Pamplona" - "Eibar" qarşılaşmaları keçirilməli idi.