Azərbaycanda viski və brendi içkilərin istehsal həcmi 37% azalıb

Azərbaycanda 2026-cı ilin yanvar–sentyabr aylarında viski və brendi üzrə qeydə alınan məhsul həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% azalıb.

Statistik məlumatlara əsasən, hesabat dövründə viski və brendinin istehsal həcmi 210,21 min dekalitr (2 milyon 102 min litr) təşkil edib.

2025-ci ilin eyni dövründə isə bu göstərici 335,62 min dekalitr (3 milyon 356 min litr) olub.

Beləliklə, bir il ərzində viski və brendi içkilərin həcmi 125,41 min dekalitr və ya 1 milyon 254 min litr azalıb.