Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-cı bəndinə və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə təqdim edilmiş Səbinə Yaşar qızı Əliyevanın, Ceyhun Yasinəli oğlu Qaracayevin və Elşanə Rafiq qızı Vəliyevanın namizədliklərini müzakirə edərək, qərara alır: 1. Səbinə Yaşar qızı Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilsin. 2. Bu Qərar 2026-cı il noyabrın 29-dan qüvvəyə minir. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Bakı şəhəri, 3 noyabr 2026-cı il