AFFA "Şamaxı", "Neftçi", "Turan Tovuz" və "Sabah" klublarını cərimələyib.
Bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Belə ki, Azərbaycan Premyer Liqasının X turunda noyabrın 1-də keçirilən "Şamaxı" - "Neftçi" matçının fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 2500 manat cərimələnib. Həmçinin "Neftçi"nin fotoqrafı əsasnamənin tələblərini pozduğu üçün klub 500 manat cərimə olunub.
Noyabrın 2-də "Sumqayıt" - "Şəfa" görüşündə 5 futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cəriməyə məruz qalıb.
Oktyabrın 30-da baş tutan "Turan Tovuz" - "Sabah" matçı bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğu üçün Tovuz təmsilçisi 2500 manat cərimə olunub. Həmin oyunda 5 futbolçusu sarı vərəqə alan "Sabah" klubu isə 700 manat cərimələnib.