Milli Məclis 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib.
Deputatlar Sahibə Qafarovanın təklifini alqışlarla qarşılayıb.