KMBİ-dən Ukrayna polisi ilə birgə əməliyyat - Azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - VİDEO

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.

DİN-in qeyd edilən əməliyyatla bağlı yaxın saatlarda geniş məlumat yayacağı gözlənilir.