Gürcüstanda son bir ildə nə bahalaşıb?…

Gürcüstanın Milli Statistika Xidməti inflyasiya hesabatı yayıb.

Medianews.az bildirir ki, açıqlamaya görə, oktyabrda 2025-ci ilin eyni ayı ilə müqayisədə 5,9 faiz bahalaşma qeydə alınıb.

Nəqliyyat sektorunda qiymət artımı 21,9 faiz, kommunal xidmətlərdə 10,1 faiz, səhiyyə xidmətlərində 8,4 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 7,3 faiz, spirtli içkilər və tütün məmulatlarında 5,5 faiz, ərzaq və spirtsiz içkilərdə 3,1 faiz, istirahət və mədəniyyət xidmətlərində 2,5 faiz, geyim və ayaqqabılarda, həmçinin mebel və məişət əşyalarında 0,4 faiz göstərilir.

Təhsil sahəsində 12 faiz, rabitə xidmətlərində 2,5 faiz, ucuzlaşma rəsmiləşdiyi bildirilir.