Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi - YENİLƏNİB

Milli Məclis 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.

Bəyanatı deputat Hikmət Babaoğlu oxuyub.

Müzakirələrdən sonra bəyanat qəbul edilib.

***

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.

Bəyanatı deputat Hikmət Babaoğlu oxuyur.

Bəyanatda deyilir:

"2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımızın, Ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilib.

Keçilməz hesab edilən müdafiə xətləri yarılıb, işğalçı qüvvələrə ağır zərbələr endirilib. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Şuşanın işğaldan azad edilməsidir. Azərbaycan tarixi ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini bərpa edib".

***

Milli Məclisin bu gün keçirilən iclasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar parlamentin bəyanatı qəbul ediləcək.

Bununla bağlı məsələ iclasın gündəliyinə daxil edilib.

Məsələ ilə bağlı parlamentin sədri Sahibə Qafarova məlumat verib.