Ombudsman Milli Məclisdə and içdi

Səbinə Əliyeva yenidən ombudsman seçildikdən sonra and içib.

Milli Məclisin plenar iclasında yenidən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) seçilən Səbinə Əliyeva and içib. O, andında şərəf və ləyaqətlə fəaliyyət göstərəcəyinə, Konstitusiyaya və qanunlara əməl edəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə söz verib.

Səbinə Əliyeva çıxışında namizədliyinin yenidən irəli sürülməsinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, göstərilən etimada və Ombudsman Aparatının fəaliyyətinə davamlı dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya və deputatlara təşəkkür edib.

Ombudsman qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması mühüm nailiyyətlərdəndir. O, Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsini də xüsusi vurğulayıb.