Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

Bu ilin oktyabr ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər olub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.