ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata xərclənən 30 milyard dolları “cüzi məbləğ” hesab etdiyini bildirib.
Tramp “Fox News” telekanalının efirində çıxışı zamanı qeyd edib ki, ABŞ Venesueladan bu məbləğdən dəfələrlə çox gəlir əldə edib.
Amerika liderinin sözlərinə görə, ABŞ İranla münaqişədə güclü mövqedən çıxış edir və tərəflər arasında razılaşmanın əldə olunması üçün “çox yaxşı şanslar” var.
Tramp noyabrın 2-də Konqresə noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını açıqlayıb. ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Vaşinqton və Tehran arasında münaqişənin dayandırılması ilə bağlı məsləhətləşmələrdə müəyyən irəliləyiş əldə olunduğunu bildirib. (Mənbə: TASS)